AirTag üçün yeni TimeCapsule korpusu batareya ömrünü 5 ilə uzadır
Cihazlar+
05.12.2025
Sevinc Miralızadə
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Apple AirTag izləyicisinin batareya ömrünü əhəmiyyətli dərəcədə artırmaq istəyənlər üçün Elevation Lab yeni nəsil TimeCapsule qoruyucu qabını təqdim edib. Şirkətin əvvəlki modelindən daha kiçik olan bu versiya AirTag-in standart CR2032 tipli batareyasını əvəzləyərək iki ədəd AAA batareya ilə işləyir və nəticədə cihazın enerji ömrünü təxminən 5 ilə qədər uzadır.
Yeni TimeCapsule artıq Elevation Lab-ın rəsmi saytında və Amazon-da 19.99 dollara satışa çıxarılıb. Dörd ədədlik paket isə endirimlə 39.99 dollara təklif olunur. Əvvəlki versiyada olduğu kimi, yeni model də AirTag-in daxili batareyasını xüsusi elektrik kontaktı ilə əvəzləyir və gücü birbaşa AAA batareyalardan alır. Şirkət maksimal davamlılıq üçün Energizer Ultimate Lithium AAA batareyalarından istifadəni tövsiyə edir. Bunun səbəbi həm daha uzunmüddətli enerji təminatı, həm də uzun müddət açılmadan qalan cihazlarda yaranan batareya sızmalarının qarşısını almaqdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple AirTag 2 axtarış trekeri barəsində yeni təfərrüatlar təqdim edilib
Apple AirTag 2 axtarış trekeri barəsində yeni təfərrüatlar təqdim edilib
Bloomberg saytının məşhur insayderi Mark Gurman, Apple məhsulları barəsində məlumat verməyə davam edir. İnsayderin yeni məlumatları hələ təqdim edilməmiş Apple AirTag 2 axtarış trekerini əhatə edirlər.
Apple AirTag 2 axtarış trekerinin mümkün təqdimat müddəti açıqlanıb
Apple AirTag 2 axtarış trekerinin mümkün təqdimat müddəti açıqlanıb
Apple şirkəti birinci nəsil AirTag axtarış trekerini 2021-ci ildə təqdim etmişdi. Həmin vaxtdan şirkət bu məhsulunu yeniləməyib.
Apple AirTag, kargo oğrularının yaxalanmasına kömək edib!
Apple AirTag, kargo oğrularının yaxalanmasına kömək edib!
Amerikanın Cənubi Kaliforniya əyalətindən olan bir qadın, Apple-ın 2021-ci ildə təqdim etdiyi AirTag izləmə cihazından istifadə edərək kargo oğrularını yaxaladıb.
İtmiş əşyaların axtarışı üçün nəzərdə tutulmuş növbəti Apple AirTag trekeri son hazırlanma mərhələsindədir
İtmiş əşyaların axtarışı üçün nəzərdə tutulmuş növbəti Apple AirTag trekeri son hazırlanma mərhələsindədir
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple şirkəti B589 kod adına sahib yeni AirTag axtarış trekeri üzərində çalışır və bu yeni treker son hazırlanma mərhələsindədir.
Apple AirTag 2 nə zaman təqdim olunacaq?
Apple AirTag 2 nə zaman təqdim olunacaq?
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti itmiş əşyaların tapılması üçün nəzərdə tutulmuş AirTag trekerinin ikinci nəslini bu il təqdim etməyi planlaşdırırdı.
Həftənin xəbərləri