main-post-cover

    Acer Predator X27U F8 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    03.09.2025
    Emil Nəcəfov
         Acer şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru Acer Predator X27U F8 adlanır. Bu monitor 2 rejimdə çalışması ilə seçilir. Birinci rejim çərçivəsində 540 Hz-lik təsvir yenilənməsi və WQHD görüntü keyfiyyəti, ikinci rejim çərçivəsində isə 720 Hz-lik təsvir yenilənməsi və HD görüntü keyfiyyəti təmin edilir. Monitorun özü 26.5 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 335 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir.
         Ekran 10 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium Pro texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 2.1, USB Type-C, USB 3.2 girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və 5 vatt gücündə iki ədəd səsgücləndiricini əldə edib. USB Type-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Acer Predator X27U F8 gələn ilin əvvəlində satışa çıxacaq və onun qiyməti 1299$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Acer Predator Tomahawk 9 Neo S gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    acer-predator-tomahawk-9-neo-s-gaming-noutbuku-teqdim-edilib-qiymeti
    Acer MG270U X gaming monitoru təqdim edilib - QİYMƏTİ
    acer-mg270u-x-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Acer Predator XB273U X1 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    acer-predator-xb273u-x1-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Acer Nitro GA321QK P gaming monitoru təqdim edilib
    acer-nitro-ga321qk-p-gaming-monitoru-teqdim-edilib
    Acer Nitro GA341CUR W0 gaming monitoru təqdim edilib
    acer-nitro-ga341cur-w0-gaming-monitoru-teqdim-edilib