
8000 mAh-lıq batareyaya sahib Honor Power smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
15.04.2025
Emil Nəcəfov
Honor şirkəti olduqca böyük həcmli batareyası ilə seçilən yeni smartfonunu təqdim edib. Söhbət, Honor Power-dən gedir. Honor-un sözügedən yeni smartfonu böyük həcmli batareya ilə yanaşı böyük ölçülü ekranı və Snapdragon prosessorunu əldə edib. Beləliklə Honor Power smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

Smartfon Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP + 5 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə Honor Power 66 vatt gücündə sürətli şarj texnologiyalı 8000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor bildirib ki, bu cür həcmli batareya hesabına sözügedən yeni smartfonda 25 saat ərzində video izləmək mümkün olacaq. Honor Power artıq Çində satışa çıxıb və onun qiyməti 279$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qlobal bazarda orta büdcəli Honor 400 Lite smartfonu təqdim olunub

Qlobal bazarda orta büdcəli Honor 400 Lite smartfonu təqdim olunub
Honor şirkəti qlobal bazarda yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor 400 Lite-dan gedir. Honor-un bu yeni smartfonu böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Honor 400 və Honor 400 Pro-nun bəzi texniki imkanları açıqlanıb

Honor 400 və Honor 400 Pro-nun bəzi texniki imkanları açıqlanıb
Honor bu il ərzində Honor 400 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellər arasında adi Honor 400 ilə yanaşı üstəlik Honor 400 Pro da olacaq.
Honor kompakt ölçülü smartfon üzərində çalışır

Honor kompakt ölçülü smartfon üzərində çalışır
İnsayderlərin son məlumatlarına əsasən Honor şirkəti kompakt ölçülü smartfon üzərində çalışır və hazırlanan bu smartfon Honor Magic 7 Mini adını əldə edəcək.
HONOR Magic7 Pro Azərbaycanda satışa çıxır - Qiyməti

HONOR Magic7 Pro Azərbaycanda satışa çıxır - Qiyməti
HONOR nəhayət ki, 2025-ci il üçün yeni flaqman smartfonunu təqdim etdi və HONOR Magic7 Pro artıq Azərbaycan bazarında da satışa çıxıb. Bu model süni intellekt dəstəyi ilə AI Phone adlandırılır və HONOR-un ən qabaqcıl texnologiyalarını özündə birləşdirir. Cihaz premium dizaynı, yüksək performansı və innovativ kamera sistemləri ilə diqqət çəkir.
HONOR şirkətin süni intellekt cihaz ekosistemi şirkətinə çevrilməsinə yönəlmiş yeni korporativ strategiyasını təqdim edir

HONOR şirkətin süni intellekt cihaz ekosistemi şirkətinə çevrilməsinə yönəlmiş yeni korporativ strategiyasını təqdim edir
Qlobal texnologiya brendi HONOR bu gün HONOR ALPHA PLAN adlı yeni korporativ strategiyasını elan edib. Bu strategiya, HONOR-un yalnız smartfon istehsalçısından qlobal miqyasda aparıcı süni intellekt cihaz ekosistemi şirkətinə çevrilməsini hədəfləyir.
Həftənin xəbərləri

