main-post-cover

    3 qat qatlana bilən Huawei Mate XT ULTIMATE DESIGN smartfonunun qlobal versiyasının təqdimatı anons edilib

    Cihazlar+
    05.02.2025
    Emil Nəcəfov
         Huawei keçən ilin sentyabr ayında Çində Mate XT ULTIMATE DESIGN adlı ilk 3 qat qatlana bilən smartfonunu təqdim etmişdi. İndi isə məlum olub ki, şirkət sözügedən qeyri-adi smartfonun qlobal versiyasını təqdim etməyə hazırlaşır. Belə ki, Huawei rəsmi şəkildə Mate XT ULTIMATE DESIGN smartfonunun qlobal versiyasının təqdimatını anons edib. Şirkət tərəfindən təqdim edilmiş tizer posterə əsasən smartfonun qlobal versiyası 18 fevral tarixində təqdim ediləcək.
         Çox güman ki, Mate XT ULTIMATE DESIGN-ın qlobal versiyası texniki imkanlar baxımından Çində satılan versiyadan fərqlənməyəcək. Qeyd etmək lazımdır ki, smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 3184x2232 piksel keyfiyyətli 10.2 düym ölçülü LTPO OLED ekranla təchiz olunub. Tam qatlanmış vəziyyətdə onun ekran ölçüsü 6.4 düym təşkil edir.
         Smartfon Kirin 9010 prosessoru vasitəsilə çalışır və özündə 16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda Mate XT ULTIMATE DESIGN 50 MP + 12 MP + 12 MP üçlü arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 66 vatt gücündə sürətli şarj texnologiyalı 5600 mAh enerji tutumlu batareya ilə təchiz olunub və o üstəlik 50 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahibdir.
    Mənbə: Gadgets360
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei avtomobillər üçün AR proyeksiya ekranı texnologiyasını təqdim edib
    huawei-avtomobiller-ucun-ar-proyeksiya-ekrani-texnologiyasini-teqdim-edib
    Huawei şirkəti Pura 80 Ultra smartfonu ilə mobil çəkilişdə nömrə 1 olmağa hədəflənib
    huawei-sirketi-pura-80-ultra-smartfonu-ile-mobil-cekilisde-nomre-1-olmaga-hedeflenib
    ABŞ sanksiyalarından sonra Huawei ilk dəfə Çin smartfon bazarında liderliyini geri qaytarıb
    abs-sanksiyalarindan-sonra-huawei-ilk-defe-cin-smartfon-bazarinda-liderliyini-geri-qaytarib
    3 qat qatlana bilən Huawei Mate XT Ultimate Design-ın davamçısı hazırlanır
    3-qat-qatlana-bilen-huawei-mate-xt-ultimate-design-in-davamcisi-hazirlanir
    Orta büdcəli Huawei nova 13i smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-huawei-nova-13i-smartfonu-teqdim-edilib-qiymeti