main-post-cover

    Rəqəmsal dələduzlar arasındakı əsas trendlər açıqlanıb

    Təhlükəsizlik
    02.07.2024
    Emil Nəcəfov
         Məşhur Dr.Web antivirusunun tərtibatçıları bu ilin ikinci rübündə ən geniş yayılmış rəqəmsal təhlükə növləri barəsində hesabatı təqdim ediblər. Məlum olub ki, bu ilin ikinci rübündə istifadəçilər daha çox arzuolunmaz reklam tətbiqləri, reklam istiqamətli troyan (trojan) tətbiqlər və digər troyan tətbiqlər daxilində olmuş zərərli proqram təminatları ilə qarşılaşıblar. Dr.Web mütəxəssisləri 2024-cü ilin ikinci rübündə rəqəmsal dələduzlar arasında 3 trendi xüsusi olaraq ayırıblar.
    - Reklam istiqamətli proqram təminatları ilə troyan tətbiqlərinin yüksək aktivlikləri
    - Elektron poçt trafikində çoxlu sayda zərərli skriptlər ilə bütün növ fişinq (phishing) sənədlərinin mövcudluğu
    - Android.HiddenAds sinifinə daxil olan reklam istiqamətli troyan tətbiqlərin daha çox halda istifadə edilmələri.
         Bununla yanaşı məlumatda qeyd edilib ki, mütəxəssislər Google Play platformasında Android.FakeApp sinifinə daxil olan virusları aşkar ediblər. Onlardan bəziləri maliyyə tətbiqləri ilə sorğu və viktorinalar üçün nəzərdə tutulmuş servislər şəklində yayılıblar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk ilə bağlı kriptovalyuta dələduzluqları davam edir
    elon-musk-ile-bagli-kriptovalyuta-deleduzluqlari-davam-edir
    İnternetdən istifadə edən hər kəsə təsir edə biləcək təhlükəsizlik açığı aşkar edilib!
    internetden-istifade-eden-her-kese-tesir-ede-bilecek-tehlukesizlik-acigi-askar-edilib
    Hakerlər və dələduzlar süni zəkadan daha aktiv şəkildə istifadə etməyə başlayıblar
    hakerler-ve-deleduzlar-suni-zekadan-daha-aktiv-sekilde-istifade-etmeye-baslayiblar
    Hakerlər 50 Cent-in X-dəki hesabını sındıraraq yarım saatda 3 milyon dollar qazanıblar
    hakerler-50-cent-in-x-deki-hesabini-sindiraraq-yarim-saatda-3-milyon-dollar-qazaniblar
    Hakerlər mövcud şifrələrin 45%-ni 1 dəqiqəyə təyin edə bilərlər
    hakerler-movcud-sifrelerin-45-ni-1-deqiqeye-teyin-ede-bilerler