Intel TSMC-nin ittihamlarına cavab verib
Təhlükəsizlik
28.11.2025
Sevinc Miralızadə
Technote.az "The Verge" platformasına istinadən bildirir ki, Intel TSMC-nin keçmiş mühəndisi Wei-Jen Lo ilə bağlı irəli sürdüyü ittihamları rədd edərək, onun hər hansı ticarət sirrini oğurladığına dair heç bir əsas görmədiyini açıqlayıb. Məsələ TSMC-nin Lo-nu məhkəməyə verməsi və Tayvan prokurorluğunun hadisə ilə bağlı araşdırma başlatmasından sonra daha da böyüyüb.
Wei-Jen Lo bu payız Intel-ə qoşularaq şirkətin kütləvi istehsal proseslərini optimallaşdırmaq üzərində işləməyə başlayıb. O, əvvəllər 80-ci illərdə Intel-də fəaliyyət göstərib, daha sonra isə 2004-cü ildən TSMC-yə keçərək şirkətin ən uğurlu dövründə mühüm rol oynayıb. TSMC-nin Lo-ya qarşı ittihamları isə əsasən onun qeyri-rəqabət müqaviləsini pozması və məxfi məlumatları ötürmək ehtimalına dayanır. Şirkət bu həftə yaydığı açıqlamada Lo-nun Ticarət Sirləri Qanununu pozduğunu və Intel-ə məlumat ötürdüyündən şübhələndiyini bildirib. TSMC-yə görə, Lo-nun məxfi məlumatları istifadə və ya paylaşma ehtimalı yüksəkdir”və bu da hüquqi tədbirləri zəruri edib.
Hadisəyə Tayvan hüquq-mühafizə orqanları da müdaxilə edib. Reuters-in məlumatına əsasən, prokurorlar Lo barəsində rəsmi araşdırma başladıb və onun iki evinə reyd keçirərək kompüterlər, USB daşıyıcıları və digər mümkün sübutları müsadirə ediblər. Həmçinin Lo-nun daşınmaz əmlakı və səhm aktivlərinin dondurula biləcəyi qeyd olunur. Intel isə yayılan məlumatlara sərt şəkildə reaksiya verib. Şirkətin adını açıqlamayan nümayəndəsi Reuters-ə bildirib ki, onların əlində Lo-nun hər hansı məxfi məlumat ötürməsi ilə bağlı heç bir dəlil yoxdur və iddiaların əsassız”olduğuna inanırlar. Şirkət əlavə edib ki, Intel üçüncü tərəflərə məxsus məxfi məlumatların ötürülməsini qəti şəkildə qadağan edən ciddi daxili qaydalara əməl edir.
Tayvan isə çip sənayesi üzrə ticarət sirlərinin qorunması məsələsinə son dərəcə ciddi yanaşır. Bu il daha üç nəfər TSMC texnologiyasını yapon rəqibinə ötürməkdə ittiham edilərək məhkəməyə çıxarılıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
5 il ərzində Tayvanda sənaye casusluğu ilə bağlı istintaqların sayı 31% artıb
5 il ərzində Tayvanda sənaye casusluğu ilə bağlı istintaqların sayı 31% artıb
Tayvan statistikasına görə, 2023-cü ildən əvvəlki 5 illik dövrdə sənaye casusluğu cəhdləri ilə bağlı araşdırmaların sayı əvvəlki 5 illiklə müqayisədə 31% artıb.
TSMC-nın bazar dəyəri 1 trilyon dolları keçib
TSMC-nın bazar dəyəri 1 trilyon dolları keçib
Tayvan Fond Birjasında keçirilmiş ticarət zamanı dünyanın ən böyük yarımkeçirici istehsalçısı olan Taiwan Semiconductor Manufacturing Company (TSMC) şirkətinin bazar dəyəri ilk dəfə olaraq 1 trilyon dolları keçib.
2050-ci ilə qədər süni zəka əsaslı 4 milyard robot mövcud olacaq
2050-ci ilə qədər süni zəka əsaslı 4 milyard robot mövcud olacaq
Yalnız NVIDIA-nın qurucusu deyil, digər texnologiya nəhəngləri də robototexnika məhsulları bazarının böyüməsinə böyük ümidlər bəsləyirlər. TrendForce-un Economic Daily News-a istinadən verdiyi məlumata görə, TSMC rəhbərliyi proqnozlaşdırır ki, 2030-cu ilə qədər süni zəka funksiyalı 1.3 milyard robot istismarda olacaq.
Donald Trump-ın fəaliyyəti texnoloji şirkətlərin böyük həcmdə bazar dəyərini itirmələrinə səbəb olub
Donald Trump-ın fəaliyyəti texnoloji şirkətlərin böyük həcmdə bazar dəyərini itirmələrinə səbəb olub
ABŞ-ın texnologiya sektorundakı şirkətlərin səhmləri Donald Trump-ın andiçmə mərasimindən sonra 7%-dən çox dəyər itirib. Yeni administrasiyanın tətbiq etdiyi gömrük rüsumları ticarət müharibəsini alovlandırıb, bu da Wall-Street-də qeyri-müəyyənliyi artıraraq riskli aktivlərdən investorların geri çəkilməsinə səbəb olub.
TSMC şirkəti Samsung-un Exynos prosessorlarını istehsal etməkdən imtina edib
TSMC şirkəti Samsung-un Exynos prosessorlarını istehsal etməkdən imtina edib
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti özünün Exynos prosessorlarının istehsalı mövzusunda Tayvanın TSMC şirkətinin istehsal gücündən istifadə etməyi planlaşdırır.
Həftənin xəbərləri