main-post-cover

    Google-nin sözlərinə görə, Microsoft, müştərilərini kiberhücumlara qarşı qoruya bilmir!

    Təhlükəsizlik
    21.05.2024
    Farid Pardashunas

         Google, öz hesabatında Microsoft-un təhlükəsizlik zəifliklərinə toxunub. Axtarış nəhəngi Google, Microsoft-un müştərilərini kiberhücumlardan qoruya bilmədiyini bildirib.

         Google, hesabatında Çin hakerlərinin keçən il Microsoft Exchange sistemlərinə sızma məsələsinə toxunub. Şirkət təhlükəsizlik pozuntusunu ictimaiyyətə dəqiq şəkildə açıqlaya bilmədiyi üçün Microsoft-u tənqid edir. Google, həmçinin o zaman edilən, lakin xətalı olan federal araşdırma nəticələrinin Microsoft tərəfindən düzəldilmədiyinə də istinad edib. Google həmçinin vurğulayır ki, Microsoft hələ də təcavüzkarların Exchange sistemlərinin açarlarını necə əldə etdiyini bilməməklə yanaşı, özünü və müştərilərini də kiberhücumlardan qoruya bilmir. Digər tərəfdən, Google, həm biznes, həm də dövlət sektoru təşkilatları üçün daha yaxşı alternativin lazım olduğunu söyləyərək, Google Workspace-i təkmilləşdirir. Google, Microsoft xidmətlərindən Google Workspace Enterprise Plus-a keçənlərə xüsusi endirimlər təklif edir. Müəssisələr üç illik müqavilə bağladıqları təqdirdə 18 ay müddətində xidmətdən pulsuz yararlana bilərlər.
         Bundan əlavə, son dövrlər Microsoft üçün kibertəhlükəsizlik baxımından yaxşı keçmir. Çinli hakerlərin Exchange hücumları ilə yanaşı, rus hakerlərinin də ciddi hücumları olub. Hətta Microsoft bu barədə açıqlamasında, “Rus hakerləri mənbə kodlarımıza daxil olublar" deyib. Bu təhlükəsizlik problemlərinə görə, keçən il şirkət, yanlışlıqla 38 TB-lıq məlumatı sızdırmışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Windows XP-ni nəyə görə 2024-cü ildə istifadə etmək lazım deyil? (VİDEO)
    windows-xp-ni-neye-gore-2024-cu-ilde-istifade-etmek-lazim-deyil-video
    Android 15-də 5 yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək
    android-15-de-5-yeni-tehlukesizlik-funksiyasi-istifadeye-verilecek
    Google-un süni intellekti, fırıldaqçılar zənglə şəxsi məlumatlarınızı soruşmaq istədikdə sizə xəbərdarlıq edəcək!
    google-un-suni-intellekti-firildaqcilar-zengle-sexsi-melumatlarinizi-sorusmaq-istedikde-size-xeberdarliq-edecek
    Google, Trillium adlı yeni nəsil süni intellekt TPU-larını təqdim edib!
    google-trillium-adli-yeni-nesil-suni-intellekt-tpu-larini-teqdim-edib
    Tezliklə smartfonlara toxunmadan sadəcə üzünüzlə tətbiqləri idarə edə biləcəksiniz!
    tezlikle-smartfonlara-toxunmadan-sadece-uzunuzle-tetbiqleri-idare-ede-bileceksiniz