main-post-cover

    Google, dark web izləmə funksiyasını ödənişsiz edir!

    Təhlükəsizlik
    15.07.2024
    Farid Pardashunas

         Google, dark web monitorinq xidmətinin bu aydan etibarən Google hesabı olan hər kəs üçün ödənişsiz olacağını açıqlayıb. Əlavə təhlükəsizlik funksiyası üçün artıq "Google One" abunəliyi tələb olunmayacaq

         Dark Web, ənənəvi axtarış sistemləri ilə giriş edilməsi çətin olan şifrələnmiş onlayn şəbəkələri ifadə edir. Bu şəbəkələr, ümumiyyətlə qeyri-qanuni fəaliyyətlər üçün istifadə olunur. Dark Web monitorinqi, sizə adınız, ünvanınız, e-poçt ünvanınız və telefon nömrəniz kimi şəxsi məlumatlarınızın internetin bu gizli künclərində olub-olmadığını öyrənməyə kömək edir. Uyğunluq aşkar edilərsə, Google sizi xəbərdarlıq edərək parolunuzu dəyişdirmək və ya oğurlanmış kredit kartınızı banka bildirmək kimi addımları təklif edir.
         Google-un sözlərinə görə, dark web hesabatı istifadəçilərə onlayn mövcudluğunu qorumaq üçün "Sizinlə əlaqəli nəticələr" funksiyası ilə inteqrasiya olunub. Dark web hesabatı, istifadəçinin adı, ünvanı, telefon nömrəsi, e-poçt ünvanı kimi şəxsi məlumatların dark web-də aşkar edilmiş məlumat pozuntuları arasında olub-olmamasına nəzarət etməyə kömək edən bir xüsusiyyətdir. Sizinlə əlaqəli nəticələr funksiyası istifadəçilərə şəxsi əlaqə məlumatlarını ehtiva edən nəticələri tapmaq və axtarış nəticələrindən silmək imkanını verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Pixel 9 smartfonlarının gövdə rəngləri və satış qiymətləri məlum olub
    google-pixel-9-smartfonlarinin-govde-rengleri-ve-satis-qiymetleri-melum-olub
    Google Android Lollipop-un dəstəyini dayandırıb
    google-android-lollipop-un-desteyini-dayandirib
    WhatsApp, söhbətlərə Google Translate-i əlavə etməyi planlaşdırır!
    whatsapp-sohbetlere-google-translate-i-elave-etmeyi-planlasdirir
    PDF konvertasiya saytlarından istifadəçilərin özəl sənədləri sızdırılıb
    pdf-konvertasiya-saytlarindan-istifadecilerin-ozel-senedleri-sizdirilib
    Hakerlər Internet Explorer üzərindən kompüterlərə yeni növ kiberhücum reallaşdırırlar
    hakerler-internet-explorer-uzerinden-komputerlere-yeni-nov-kiberhucum-reallasdirirlar