
ChatGPT təkmilləşdirilmiş spam botun yaradılmasında istifadə edilib
Təhlükəsizlik
14.04.2025
Emil Nəcəfov
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən SentinelOne şirkətinin tədqiqatçıları AkiraBot platforması vasitəsilə təşkil edilmiş genişmiqyaslı spam kampaniyası haqqında məlumat veriblər. 2024-cü ilin sentyabr ayından etibarən bu bot 420 000-dən çox sayta hücum edib və onlardan ən azı 80 000-də uğurla spam yerləşdirib. Hücumun əsasını OpenAI-nin dil modeli təşkil edir - bu model unikal mesajlar yaradır və bu da ənənəvi spam filtrlərini aşmağa imkan verir. Botun əsas hədəfi Shopify, GoDaddy, Wix, Squarespace və digər platformalar vasitəsilə yaradılmış kiçik və orta biznes saytlarının əlaqə formaları, canlı çatları və şərh bölmələri olub.

AkiraBot OpenAI-nin böyük dil modellərindən, xüsusilə GPT-4o-mini modelindən istifadə edərək marketinq xarakterli mesajlar generasiya edir. Eyni zamanda, çat-botdan “faydalı köməkçi” kimi davranması xahiş olunur. AkiraBot-un əsas xüsusiyyəti CAPTCHA qoruma sistemlərini, o cümlədən hCAPTCHA və reCAPTCHA-nı aşmaq qabiliyyətidir. Bundan əlavə, bot istifadəçidən gizlənir. Trafikin mənbəyini gizlətmək üçün SmartProxy adlı proksi-server şəbəkəsindən istifadə olunur, botun fəaliyyəti isə Telegram-da yayımlanan loqlarda qeyd olunur.
Başlanğıcda bot Shopbot adlanırdı və əsasən Shopify üzərindən fəaliyyət göstərən mağazalara yönəlmişdi, lakin zamanla yaradıcıları onun hədəf sahəsini və əhatə dairəsini genişləndirdilər. Spam mesajlar şübhəli SEO xidmətlərini - Akira və ServicewrapGO kimi platformaları - reklam edirlər. SentinelOne-un bildirişindən sonra OpenAI dərhal hücumda istifadə olunan API açarlarını bloklayıb. Buna baxmayaraq, hadisə süni zəkanın zərərli məqsədlərlə nə qədər asanlıqla istifadə oluna biləcəyini bir daha nümayiş etdirir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib

ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib
ChatGPT tətbiqi 2025-ci ilin mart ayında ilk dəfə olaraq qlobal yüklənmə reytinqində birinci yeri tutub və Instagram və TikTok kimi nəhəngləri geridə qoyub.
ChatGPT tətbiqini iPhone 3GS-də işə salmaq mümkün olub

ChatGPT tətbiqini iPhone 3GS-də işə salmaq mümkün olub
Artıq sirr deyil ki, köhnə iPhone modellərinə bir çox müasir tətbiqləri quraşdırmaq mümkün deyil. Bu ədalətsizliyi qismən də olsa aradan qaldırmaq üçün bag.xml ləqəbli alman tərtibatçı təşəbbüs göstərib.
ChatGPT-nin yaddaş funksiyası təkmilləşdirilib

ChatGPT-nin yaddaş funksiyası təkmilləşdirilib
OpenAI ChatGPT-də süni zəka çat-botunu daha inkişaf etmiş yaddaşla təchiz edəcək yeni funksiyanın istifadəyə verildiyini elan edib. Bu yeni funksiya çat-botun əvvəlki bütün söhbətlərin məzmununa əsaslanaraq istifadəçiyə uyğunlaşdırılmış cavablar verməsinə imkan yaradacaq.
Microsoft şifrələrdən tamamilə imtina etmək istəyir

Microsoft şifrələrdən tamamilə imtina etmək istəyir
Microsoft dünya üzrə 1 milyarddan çox istifadəçini əhatə edəcək şəkildə hesab giriş sistemində genişmiqyaslı dəyişikliklər elan edib. Yeni biometrik giriş açarları (passkeys) vasitəsilə giriş metodu fişinq və hesab sındırma risklərini azaltmalı, eyni zamanda identifikasiyanı daha rahat etməlidir.
Avropa Komissiyası messencer və servislərdən öz sistemlərinə backdoor yerləşdirməyi tələb edəcək

Avropa Komissiyası messencer və servislərdən öz sistemlərinə backdoor yerləşdirməyi tələb edəcək
Avropa Komissiyası yeni daxili təhlükəsizlik strategiyasını təqdim edib. Bu strategiyaya hüquq-mühafizə orqanlarının “qanuni və effektiv məlumat əldə etmə” imkanlarını və şifrələmə vasitələrinə çıxışını əhatə edən yol xəritəsi daxildir.
Həftənin xəbərləri

