
Anubis adlı virus istifadəçi məlumatları tamamilə silə bilir
Təhlükəsizlik
17.06.2025
Emil Nəcəfov
Kibertəhlükəsizlik tədqiqatçıları son dərəcə dağıdıcı potensiala malik yeni bir zərərli proqram təminatı variantı aşkarlayıblar. Bu proqram təminatı RaaS (Ransomware-as-a-Service - "xidmət kimi təqdim olunan şantaj məqsədli proqram təminatı") modeli ilə yayılır. Anubis adlı bu zərərli proqram təminatı, qurbanın kompüterindəki faylların şifrələnməsini məlumatların tamamilə silinməsi funksiyası ilə birləşdirir. Bu funksiya aktivləşdirildikdən sonra məlumatların bərpası qeyri-mümkün olur. Ekspertlər hesab edirlər ki, cinayətkarlar bu funksiyanı qurbanlara əlavə təzyiq göstərmək məqsədilə istifadə edirlər.

Anubis zərərli proqram təminatı ilk dəfə 2024-cü ilin dekabrında aşkarlanıb. Həmin vaxt Trend Micro şirkətinin kibertəhlükəsizlik mütəxəssisləri bu virusun başqa bir variantı olan Sphinx üzərində araşdırma aparmışdılar. Trend Micro-nun məlumatına görə, Anubis və Sphinx əslində eyni zərərli proqram təminatının müxtəlif versiyalarıdır və əsas fərqləri təhdid məktublarındakı ifadələrdə özünü göstərir. Bu ilin əvvəlində Anubis-in yaradıcıları darknet forumlarında yeni “tərəfdaşlar” cəlb etməyə çalışarkən müşahidə olunublar. Cinayətkar şəbəkəyə qoşulan şəxslər, iştiraka görə cinayət gəlirinin 50%-dən 80%-ə qədərini əldə edə bilərdilər.
Hazırda darknetdə yerləşdirilmiş Anubis səhifəsində cəmi 8 qurbanın adı qeyd olunub. Bu isə ehtimal etməyə əsas verir ki, hazırlıq mərhələsi tamamlandıqdan sonra proqram təminatının biznes tərəfi genişləndirilə bilər. Məlumatlar artıq şifrələndikdən sonra niyə silinir? Təhlükəsizlik üzrə ekspertlər hesab edirlər ki, kibercinayətkarlar bu addımı qurbanlara daha çox psixoloji təzyiq göstərmək və ödəməni tezləşdirmək məqsədilə atırlar. Eyni zamanda, məlumatların silinməsi təhdidi, gələcək qurbanların cinayətkarların tələblərini yerinə yetirməyə vadar olunmasında əlavə stimul rolunu oynayır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İsraildə smart saat vasitəsilə məlumatların oğurlanması üsulu hazırlanıb

İsraildə smart saat vasitəsilə məlumatların oğurlanması üsulu hazırlanıb
İsrailin Ben-Qurion Universitetindən olan alimlər qrupu, mütəxəssis Mordechai Guri-nin rəhbərliyi ilə SmartAttack adlı bir metod hazırlayıb. Bu metod müasir ağıllı saatlardan istifadə etməklə fiziki cəhətdən təcrid olunmuş sistemlərdən məlumat oğurlanmasına imkan verir.
Dünyada 40 000-dən çox videomüşahidə kamerasına daxil olmaq mümkündür

Dünyada 40 000-dən çox videomüşahidə kamerasına daxil olmaq mümkündür
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Bitsight şirkəti dünya üzrə 40 000-dən çox videomüşahidə kamerası ilə bağlı ciddi məxfilik problemini aşkar edib.
Crocodilus adlı yeni Android virus istifadəçilərin pullarını oğurlayır

Crocodilus adlı yeni Android virus istifadəçilərin pullarını oğurlayır
Android üçün zərərli proqram təminatı daim təkmilləşir, yeni taktikalardan istifadə edir və getdikcə daha da mürəkkəbləşir. Crocodilus troyanı özünü bank və kriptovalyuta tətbiqləri kimi göstərərək istifadəçinin hesablarına giriş əldə etməyə çalışır.
Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
İsrailin Ben-Qurion Universitetinin alimləri müəyyən ediblər ki, müasir böyük dil modellərinin (BDM) əksəriyyəti, o cümlədən ChatGPT, asanlıqla qeyri-qanuni fəaliyyətlərə dair ətraflı təlimatlar generasiya etməyə məcbur edilə bilər.
CIA öz casusları ilə "Star Wars" fan saytı vasitəsilə əlaqə yaradırmış

CIA öz casusları ilə "Star Wars" fan saytı vasitəsilə əlaqə yaradırmış
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) casusları ilə dünya üzrə əlaqə saxlamaq üçün saxta "Star Wars" filminə aid fan saytı istifadə edib. Bu rabitə üsulu kibertəhlükəsizlik sahəsində aparılmış bir araşdırma nəticəsində məlum olub.
Həftənin xəbərləri

