33 min terapiya xəstəsini şantaj edən Finlandiyalı kibercinayətkar həbs olunub!
Təhlükəsizlik
06.05.2024
Farid Pardashunas
Avropanın ən çox axtarılan kibercinayətkarlarından birinin cinayət macərasına son qoyulub. Terapiya qeydlərini oğurlayan və xəstələrin həyatını acınacaqlı edən, hətta bəzilərinin intihar etməsinə belə səbəb olan Finlandiyalı kibercinayətkar həbs olunub.
Avropanın ən çox axtarışda olan cinayətkarlarından olan Finlandiyalı hakerin 11 illik kibercinayətkarlıq cənginə son qoyulub. BBC-də yer alan xəbərə görə, 13 yaşında kibercinayət dünyasına addım atan Julius Kivimaki, müalicə almış və almaqda olan 33 min xəstənin müalicə qeydlərini oğurladığı və onları şantaj etdiyi üçün həbs edilib. Kivimakinin həyat hekayəsi onun anarxik haker qruplarındakı fəal iştirakı ilə başlayır. Sürətlə yüksələn bu kibercinayətkar, hələ 17 yaşında olarkən kibercinayətkarlıq üzrə 50.700-dən çox ittiham ilə təqsirli bilinib. Maraqlısı odur ki, Kivimaki, bu qədər ittihamlara baxmayaraq həbsxanaya getməyib. Əslində bu vəziyyət kibertəhlükəsizlik dünyasından bir çox insan tərəfindən tənqid edilib.
Finlandiyalı kibercinayətkar 2020-ci ildə ən səs-küylü cinayətini törədib. O, Finlandiyanın ən böyük psixoterapiya şirkəti Vastaamo-nun sistemlərini sındıraraq 33 min xəstənin müalicə qeydlərini ələ keçirib. Kivimaki, daha sonra şirkətdən 400 min avro fidyə tələb edib, lakin Vastaamo ödəməkdən imtina etdikdə o, xəstələrlə birbaşa əlaqə saxlayaraq onların hər birindən 200 avro istəyib və onları terapiya qeydlərini darknetdə dərc etməklə hədələyib.
Sözügedən yazılar özündə son dərəcə intim sirləri ehtiva edirdi və oğurlanması olduqca dəhşətli hadisələrlə nəticələnə bilərdi. Julius Kivimaki, nikahdankənar münasibətlərdən tutmuş cinayət etiraflarına qədər bir çox mövzuda həssas məlumatların yer aldığı bu qeydlərdən istifadə edərək xəstələri fidyə ilə hədələməyə davam edib. O, xəstələrə tələb etdiyi pul ödəmədikləri təqdirdə, onların şəxsi məlumatlarını internetə sızdıracağını bildirib. Bu faciəvi vəziyyət qurbanlara sarsıdıcı təsir göstərmiş, hətta bəzilərinin intihar etməsinə səbəb olmuşdur.
Kivimaki 2 illik sıx bir araşdırmadan sonra, nəhayət Parisdə saxlanılıb. Daha sonra isə tez bir şəkildə Finlandiyaya geri qaytarılıb. O, məhkəmədə 30 mindən çox cinayətdə təqsirli bilinib. Kivimaki, məlumatların pozulması, şantaj cəhdi, 9231 şəxsi həyatın toxunulmazlığını pozan məlumatların yayılması, 20745 şantaj cəhdi və 20 şantajda ittiham olunub. Nəticədə o, 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Psixoterapiya şirkəti isə artıq fəaliyyət göstərmir və onun təsisçisi xəstə məlumatlarını qorumadığı üçün şərti cəzaya məhkum edilib. Kivimaki polisə şantaj cəhdlərindən nə qədər "bitcoin" qazandığını açıqlamayıb və rəqəmsal pul kisəsi məlumatlarını unutduğunu iddia edib. Zərərçəkmişlər, Julius Kivimaki və Vastaamo psixoterapiya şirkətinə qarşı təzminat tələbi ilə məhkəməyə müraciət etməyi planlaşdırırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NVIDIA-nın flaqman videokartları qəliz şifrələri 1 saat ərzində sındıra bilirlər
NVIDIA-nın flaqman videokartları qəliz şifrələri 1 saat ərzində sındıra bilirlər
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Hive Systems adlı şirkətin aparmış olduğu yeni tədqiqat onu göstərib ki, güclü videokartlar təkcə kompüter oyunları ilə machine learning-də deyil, həmçinin şifrələrin sındırılmasında da istifadə edilə bilər.
İngiltərədə 12345 şifrəsini istifadə etmək qadağan edildi!
İngiltərədə 12345 şifrəsini istifadə etmək qadağan edildi!
Tövsiyələrə baxmayaraq, "12345" və "admin" kimi parollar bu gün də tez-tez istifadə olunur. İngiltərə yeni qanunlar çərçivəsində bu zəif parollarla gələn cihazları qadağan edəcək.
Yeni troyan virusu milyonlarla Android istifadəçisinin bank məlumatlarını oğurlaya bilər
Yeni troyan virusu milyonlarla Android istifadəçisinin bank məlumatlarını oğurlaya bilər
Milyonlarla Android istifadəçisi dələduzluq məqsədlərində saxta Google Chrome yenilənmələrindən istifadə edən yeni zərərli proqram təminatı barəsində xəbərdarlıq ediblər.
Tanışlıq tətbiqlərinin 80%-i konfidensiallıq siyasətinə riayət etmir
Tanışlıq tətbiqlərinin 80%-i konfidensiallıq siyasətinə riayət etmir
Əksər tanışlıq tətbiqləri konfidensiallıq qaydalarına riayət etmirlər və istifadəçi barəsində daha çox məlumatı yığırlar.
Hakerlər istifadəçilərin çat-botlarla olan mesajlarını əldə edə bilərlər
Hakerlər istifadəçilərin çat-botlarla olan mesajlarını əldə edə bilərlər
İsrailin Offensive AI Lab adlı şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri istifadəçi ilə çat-bot arasındakı mesajların ələ keçirilməsi üsulunu aşkar ediblər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!