X Avropa Komissiyasının reklam hesabını deaktiv edib
Digər
08.12.2025
Sevinc Miralızadə
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, X platforması Avropa Komissiyasının reklam hesabını deaktiv edib. Bu addım Komissiyanın şirkəti 120 milyon avro məbləğində cərimələməsindən sonra atılıb. Cərimə Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində X-ə tətbiq olunan ilk böyük sanksiya hesab olunur.
Avropa Komissiyası bildirib ki, X-in pullu təsdiqləmə, mavi işarə sistemi istifadəçiləri saxtakarlıq və kimlik oğurluğu riskinə daha açıq edir. Bundan əlavə, platformanın reklam kitabxanasının DSA tələblərinə uyğun olmadığı qeyd olunub. Komissiya X-dən 60 gün ərzində mavi işarə sistemi ilə bağlı izahat, 90 gün ərzində isə reklam şəffaflığı ilə bağlı pozuntuların aradan qaldırılmasını tələb edib. Tələblər yerinə yetirilməzsə, əlavə sanksiyalar tətbiq oluna bilər.
Komissiya həmçinin bildirib ki, 2023-cü ilin oktyabrından etibarən X-də pullu reklamlar dayandırılıb və bu qərar hələ də qüvvədədir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
DOGE departamenti bağlandı: Elon Musk-dan sonra təşəbbüs dayandırılıb
DOGE departamenti bağlandı: Elon Musk-dan sonra təşəbbüs dayandırılıb
Layihə onun faktiki rəhbəri hesab olunan Elon Musk-ın may ayında vəzifədən ayrılmasından sonra səssiz şəkildə ləğv edilib və yeddi aydan daha tez müddətdə fəaliyyətini dayandırıb.
Grok yenilənmədən sonra Elon Musk-ı həddən artıq tərifləməyə başlayıb
Grok yenilənmədən sonra Elon Musk-ı həddən artıq tərifləməyə başlayıb
Grok-un son yeniləməsi çatbotun Elon Musk-ı həddən artıq idealizə etməsinə və sosial şəbəkədə mübahisə yaradan absurd cavablar verməsinə səbəb olub.
Elon Musk-ın siyasi aktivliyi Tesla-nı 1 milyon ədəd elektromobil satışından məhrum edib
Elon Musk-ın siyasi aktivliyi Tesla-nı 1 milyon ədəd elektromobil satışından məhrum edib
Üçüncü rübün statistik göstəricilərində Tesla rekord sayda satılmış elektromobillərlə fərqlənib, lakin bu artım müvəqqəti xarakter daşıyıb və əsasən sentyabrda başa çatmış ABŞ-dakı subsidiyalaşdırma proqramı ilə bağlı olub.
Elon Musk üçün 1 trilyon dollar təzminatdan daha çox Tesla üzərindəki nəzarət önəmlidir
Elon Musk üçün 1 trilyon dollar təzminatdan daha çox Tesla üzərindəki nəzarət önəmlidir
Gələn ay Tesla səhmdarları şirkətin baş direktoru Elon Musk üçün hazırlanmış yeni əməkhaqqı kompensasiya planının lehinə və ya əleyhinə səs verəcəklər. Bu planın bütün hədəflərinə nail olunacağı təqdirdə Musk 1 trilyon dollar əldə edəcək və şirkətdəki payını 25%-ə qədər artırmaq imkanı qazanacaq.
Elon Musk, Wikipedia-nın analoqu Grokipedia-nı istifadəyə verib
Elon Musk, Wikipedia-nın analoqu Grokipedia-nı istifadəyə verib
Elon Musk-ın vəd etdiyi kimi, xAI şirkəti Grokipedia saytını istifadəyə verib - güman edilir ki, süni intellektin köməyi ilə hazırlanmış bu onlayn ensiklopediya illərlə etibar qazanmış Wikipedia-dan daha üstün olacaq. Lakin əslində, yeni platformadakı bəzi səhifələr sadəcə köhnə Wikipedia-dan kopyalanıb.
Həftənin xəbərləri