
Birbank Private beynəlxalq “International Investor” nəşri tərəfindən “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü
Digər
02.05.2025
Emil Nəcəfov
Fərdi yanaşması, yüksək xidmət standartları və müştəri məmnuniyyətinə verdiyi dəyərlə seçilən Birbank Private beynəlxalq maliyyə nəşri olan “International Investor” tərəfindən 2025-ci il üzrə “Best Private Banking Azerbaijan” mükafatına layiq görülüb. Bu mükafat, həm də Birbank Private-in müştərilərinə göstərdiyi üstün və unikal xidmət təcrübəsinin beynəlxalq miqyasda təsdiqidir. Böyük Britaniyada nəşr olunan “International Investor” beynəlxalq investisiya və maliyyə sahəsində innovasiya, liderlik və performans üzrə dünyanın aparıcı şirkətlərinin yer aldığı jurnallardan biridir.
Fərdi yanaşma prinsipini əsas götürən Birbank Private müştərilərinə bank hesablarının idarə edilməsi, hər növ maliyyə məsələləri üzrə peşəkar məsləhət, individual bank xidmətləri və peşəkar şəxsi menecer kimi imkanları təqdim edir. İstənilən maliyyə ehtiyacını qarşılayan xüsusi kredit təklifləri, fərdi faiz şərtləri ilə təqdim olunan kreditlər müştərilərə maksimum rahatlıqla yanaşı, vaxta qənaət fürsəti də qazandırır. Bununla yanaşı, müştərilər seçdikləri valyutada “Birbank Premium” kartlarına sahib ola bilərlər.

Qeyd edək ki, Birbank Private müştəriləri hava limanlarında ödənişsiz sürətli keçid (“Fast Track”), “Business Lounge” premium zallarına giriş, geniş sığorta paketi, transfer və 24/7 konsyerj xidmətləri daxil olmaqla daima yenilənən bir sıra fərqli üstünlüklərdən yararlana bilirlər. Həmçinin alış-veriş zamanı xüsusi endirimlər, premium otellərdə əlavə fürsətlər və seçilmiş tədbirlərə eksklüziv giriş imkanı da təqdim olunur.
Müştərilər üçün investisiya sahəsində də geniş imkanlar mövcuddur. Portfel idarəçiliyi, depozitlər, istənilən növ qiymətli kağızlar və dəyərli əşyaların qorunması üçün depozit seyfi kimi məhsullar fərdi ehtiyaclara uyğun şəkildə təqdim olunur. Depozit məhsullarında həm yerli, həm də xarici valyutada sərbəst şərtlərlə əmanət yerləşdirmək də mümkündür.
Yüksək xidmət standartlarını fərdi müştərilərinə daha da əlçatan etmək üçün Birbank Private yaxın günlərdə Neftçilər prospekti 153, Port Baku 2 ünvanında yerləşən yeni filialının açılışını edib. Yeni konsepsiya əsasında qurulan bu filial həftə içi 5 gün saat 9:00-dan 17:00-a qədər müştərilərə ən yüksək səviyyədə fərdi bankçılıq xidmətləri göstərir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb

Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb
2019-cu ildən etibarən ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına dəstək olan Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabatlarını təqdim edib. “Cəmiyyət”, “Ətraf mühit” və “Heyvanların mühafizəsi” istiqamətlərində fəaliyyət göstərən fond donorlar tərəfindən maliyyələşir.
Kapital Bank əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak ediblər

Kapital Bank əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak ediblər
Kapital Bank əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər.
Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı yekunlaşdı

Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı yekunlaşdı
Ötən gün məktəb, lisey və kollec müəllimləri, eləcə də inzibati işçilərdən ibarət komandalar üçün həyata keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib. 2020ci ildən həyata keçirilən çempionat Kapital Bank-ın dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil Oyunları Platforması” layihəsi çərçivəsində təşkil edilib.
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi

Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
Sahibkarlara əlverişli və rahat bankçılıq xidmətləri təqdim edən Birbank Biznes bu dəfə Gəncə şəhərində və ətraf regionlarda yaşayan sahibkarlar üçün satış yarmarkası təşkil etdi. Bankın dəstəyi ilə həyata keçirilən layihə “Pasha Malls” və “Pasha Real Estate”in tərəfdaşlığı ilə “Gəncə Mall”da baş tutdu.
Kapital Bank-ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatdı

Kapital Bank-ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatdı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərafdaşlığı, Kapital Bank-ın dəstəyi ilə həyata keçirilən Beynəlxalq Autizm Konfransı başa çatıb. “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir 3 gün davam edib.
Həftənin xəbərləri

