
“Azercell Telekom” MMC bəzi tarif paketlərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı açıqlama yaydı
Digər
07.05.2025
Emil Nəcəfov
“Azercell Telekom” MMC abunəçilərə təqdim etdiyi bəzi tarif paketilərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib:
Yayımlanan açıqlamada bildirilir ki, abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqaviləsinin 2.7.-ci maddəsinə əsasən yalnız abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman tariflər Azercell tərəfindən birtərəfli qaydada öz mülahizəsinə əsasən dəyişdirilə bilər. Digər hallarda isə kütləvi informasiya vasitələri (“KİV”) ilə abunəçiləri öncədən xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə dəyişdirilə bilər.
“Azercell Telekom” MMC bildirir ki, bütün dəyişikliklər abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqavilələrinin şərtlərinə, həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirilir. Fakturasız Xətt Sisteminə aid Azercellim, Bölgə, Gəncsim, Hər Yerə və Bizimkilər tarif paketlərində edilən müvafiq dəyişikliklərlə bağlı elan 25 yanvar 2025-ci il tarixində Azərbaycan qəzetində dərc edilmişdir: https://azerbaijan-news.az/az/posts/detail/azercell-abunecilerinin-nezerine-1737753596/350893.
Beləliklə “Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması, abunəçilərə daha rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 25.02.2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan "Azercellim", "Bölgə", "Gəncsim", "Bizimkilər" və "Hər Yerə" tarif paketlərində, 2 AZN aylıq (otuz təqvim günü) abunə haqqı tətbiq edilir. Abunə haqqı müqabilində abunəçiyə otuz günlük istifadə müddətinin sonunadək 25 şəbəkədaxili dəqiqə və 250 MB həcmli internetdən istifadə imkanı təqdim olunur. Hər hansı abunəçi istifadə etdiyi tarif paketinin şərtlərini əlverişsiz hesab edirsə, müvafiq paketə abunəlikdən imtina edə, digər şərtləri olan paket əldə edə və ya fakturalıfakturasız (SimSim) xətt sisteminə keçid edə və oradakı digər tarif paketlərindən istifadə edə bilər.
Qeyd edək ki, mobil rabitə istifadəsində dəyişən trendləri nəzərə alaraq “Azercell Telekom” MMC mütəmadi olaraq mövcud xidmətlərin optimallaşdırılmasını həyata keçirir. Bu məqsədlə bəzi xidmətlərin uzunmüddətli və səmərəli texniki dəstəyini təmin etmək üçün xidmətlərin istifadə şərtlərində vaxtaşırı müvafiq dəyişikliklər tətbiq edilə bilər.
“Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlərə görə tariflərin tətbiqi həm yerli, həm xarici, həmçinin MDB məkanında fəaliyyət göstərən operatorların analoji xidmətinə görə tətbiq etdikləri xidmət haqqı nəzərə alınmaqla özündə abunəçilərin məmnuniyyəti, rahatlığı, dəyişən tələbatını və s. amilləri əks etdirən bazar araşdırmaları əsasında formalaşdırılır.
Eyni zamanda, abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin sifarişi, başqası ilə əvəzləmə və imtina qaydası, həmçinin “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com) və yaxud Müştəri Xidmətlərinə (MX ofisləri, 7/24 fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət edərək əldə edə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell və ADA Universiteti Fondunun tərəfdaşlığı çərçivəsində “TechFront” akademiya-sənaye görüşü keçirildi

Azercell və ADA Universiteti Fondunun tərəfdaşlığı çərçivəsində “TechFront” akademiya-sənaye görüşü keçirildi
Azercell və ADA Universiteti Fondunun (ADAF) tərəfdaşlığı ilə “TechFront: Texnologiyanın Sərhədlərini Kəşf Et” mövzusunda Akademiya-Sənaye görüşü baş tutdu.
Azercell-dən “Bahar” kampaniyası

Azercell-dən “Bahar” kampaniyası
Lider mobil operatordan Xiaomi və OPPO cihazlarını əldə edən müştərilərə “SuperSən” tariflərinə 50% endirim!
Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır
"Azercell Telekom" MMC bu il də qadınların liderlik, innovasiya və texnologiya sahəsindəki rolunu təşviq edən “SHE Congress”in rəsmi tərəfdaşı və rəqəmsal transformasiya üzrə dəstəkçisi qismində çıxış edir.
Azercell “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb

Azercell “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “Employability Week 2025” təşəbbüsündə fəal iştirak edib.
Azercell “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının rəsmi tərəfdaşıdır

Azercell “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının rəsmi tərəfdaşıdır
Azərbaycanın lider mobil operatoru Azercell 2-3 may tarixlərində keçiriləcək “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının texnologiya və innovasiya tərəfdaşı qismində çıxış edir.
Həftənin xəbərləri

