Azercell “Tələbələrin Akselerasiya Proqramı” üzrə layihə tərəfdaşı qismində çıxış edir
Digər
05.11.2024
Emil Nəcəfov
Azercell DOST Agentliyi, UNICEF Azərbaycan və Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsində iştirak edib. “Tələbələrin Akselerasiya Proqramı” (TAP) üzrə tərəfdaş qismində çıxış edən lider mobil operator məhdud fiziki imkanlara malik insanların əmək bazarına çıxışının asanlaşdırılmasına yönəlik xüsusi təlimlər təşkil edib. Şirkət proqram iştirakçılarına potensiallarını inkişaf etdirməyə dəstək olmaq, müasir əmək bazarına uğurlu inteqrasiya üçün təbəb olunan bacarıq və biliklərin aşılanmasını hədəfləyir.
Belə ki, layihə çərçivəsində Azercell tərəfindən gənclərin peşəkar inkişafına və məşğulluq imkanlarının artırılmasına töhfə verən təlim təşkil edilib. 18-29 yaş qrupu üzrə 40-a yaxın tələbənin cəlb olunduğu təlim çərçivəsində iştirakçılara “Öz karyeranı qur” mövzusunda, əmək bazarındakı mövcud imkanlar və karyera quruculuğu üzrə təlimatlar barədə geniş məlumat verilib.
Layihənin növbəti mərhələsində proqrama cəlb olunmuş namizədlərə peşə hazırlığı, karyera bələdçiliyi, həmçinin onların maraqlarına uyğun olaraq müvafiq texniki sahələr üzrə təlimlərin keçirilməsi, iş yarmarkalarının və görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Azercell-in korporativ müştəriləri üçün sənəd dövriyyəsi daha rahat, təhlükəsiz və sürətli oldu
Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır
Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır
“Azercell Telekom” MMC COP29-un rəsmi telekommunikasiya tərəfdaşı qismində çıxış edərək davamlı və dayanıqlı inkişafa, ətraf mühitin mühafizəsinə sadiqliyini bir daha nümayiş etdirir.
Azercell "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" mükafatına layiq görülüb
Azercell "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" mükafatına layiq görülüb
Mükafat Azərbaycanda ilk "Dayanıqlı gələcək üçün yaşıl insan resursları" şüarı ilə keçirilən "COP29 Human Capital Forum" tədbiri çərçivəsində təqdim olunub
Azercell-dən qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik dörd layihəyə dəstək
Azercell-dən qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik dörd layihəyə dəstək
Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”nın qaliblərinə qrant ayırdı
Azercell-in dəstəyi ilə yaradılan “Uşaq Qaynar Xətti”nə son 3 ay ərzində 500-ə yaxın zəng daxil olub
Azercell-in dəstəyi ilə yaradılan “Uşaq Qaynar Xətti”nə son 3 ay ərzində 500-ə yaxın zəng daxil olub
“Uşaq Qaynar Xətti” 2024-cü ilin 3-cü rübünün nəticələrini açıqladı
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!