Azercell abunəçilərinin nəzərinə (DƏLƏDUZLUQ)
Digər
12.02.2024
Emil Nəcəfov
Nəzərinizə çatdırmaq istərdik ki, bəzi abunəçilər son zamanlar “Azercell Telekom” MMC adından saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq halları ilə qarşılaşmalı olur. Bundan əlavə, fırıldaqçıların şirkət adından abunəçilər ilə əlaqə saxlaması, təklif olunan saxta nömrə ilə bağlı şəxsiyyət vəsiqəsi məlumatlarının ötürülməsi və ödənişin edilməsinə dair tələblərini irəli sürməsi hallarına da rast gəlinir. Müştərilərimizdən gələn müraciətlər əsasında Azercell şirkəti tərəfindən aparılmış yoxlamalar onu göstərir ki, saxta yolla göndərilən nömrənin abunəçi adına rəsmiləşdirilməsi ilə bağlı Azercell və ya şirkətin nömrə satışını həyata keçirən rəsmi dilerləri tərəfindən hər hansı bir əməliyyat aparılmayıb. Qeyd olunan xoşagəlməz halların “Azercell Telekom” ilə heç bir əlaqəsi olmadığını nəzərə alaraq zərər çəkmiş vətəndaşların hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilir.
Bütün yuxarıda sadalananları nəzərə alaraq, Azercell şirkəti abunəçilərini nömrə seçimi və sifarişi zamanı yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün əsas təhlükəsizlik tövsiyələrinə riayət etməyə çağırır:
- Tanımadığınız şəxslər tərəfindən saxta yolla nömrə təklifi etmək və ya məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun;
- Naməlum şəxslərdən gələn zəng və ya SMS-lərdə əsasında ödənişlər etməyin;
- Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın;
- Eləcə də, şübhəli məzmunlu internet saytlarından istifadə etməyin və orada keçirilən müxtəlif oyun, yarışma və s.-dən yararlanmayın;
- gələn SMS, “Whatsapp” mesajlarındakı şübhəli linklərə keçid etməyin;
Yeni nömrə əldə etmək məqsədilə yalnız Azercell şirkətinin rəsmi mənbələrindən istifadə edin:
- Rəsmi satış kanalı: www.azercellim.com saytı;
- Azercell Eksklüziv mağazaları, eləcə də rəsmi diler şəbəkəsinin ünvanları və əlaqə nömrələri: https://www.azercell.com/az/personal/azercell-stores.html
Abunəçilər yuxarıdakı linkdən istifadə edərək Azercell-in rəsmi dilerləri tərəfindən göndərilən nömrə təkliflərinin etibarlılığını yoxlamaq üçün nömrə siyahısını nəzərdən keçirə bilər.
Yarana biləcək hər hansı sual ilə bağlı yalnız Azercell şirkətinin rəsmi əlaqə vasitələrinə müraciət edin:
- Onlayn Müştəri Xidmətləri https://www.azercell.com/az/;
- Azercell-in rəsmi “Facebook”, “Twitter” və “Instagram” səhifələri;
- Azercell Telefon Mərkəzi:
- Fakturalı xətt abunəçiləri üçün: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa nömrəsi
- Fakturasız xətt (SimSim) abunəçiləri üçün: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002 qısa nömrəsi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
“Təhlükəsiz internet” layihəsi Quba və Lənkəran məktəblərində
“Təhlükəsiz internet” layihəsi Quba və Lənkəran məktəblərində
Azercell-in həyata keçirdiyi layihə bölgə əhalisini onlayn təhlükələr haqqında maarifləndirir.
10 tələbə "Azercell Təqaüdçüsü" adına layiq görülüb
10 tələbə "Azercell Təqaüdçüsü" adına layiq görülüb
Azercell “Tələbə Təqaüdü 2024” proqramının qaliblərini açıqlayıb
“Wikipedia”da azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib
“Wikipedia”da azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib
“Azercell”in dəstək olduğu “WikiTeam for ICT” layihəsi çərçivəsində “Wikipedia”ya İKT ilə bağlı azərbaycan dilində 600-dən çox məqalə daxil edilib.
“Qızlara ağ yaraşır” beynəlxalq jurnalistlərdən mükafat qazandı!
“Qızlara ağ yaraşır” beynəlxalq jurnalistlərdən mükafat qazandı!
Azercell və Azərbaycan Cüdo Federasiyasının ortaq layihəsi Azərbaycan reklam və marketinq tarixində ilk dəfə olaraq “Epica Awards” mükafatına layiq görüldü.
Azercell şəbəkəsində təhlükəsizlik tədbirləri gücləndirilib
Azercell şəbəkəsində təhlükəsizlik tədbirləri gücləndirilib
26 yanvar 2024 tarixi səhər saatlarında Azercell şəbəkəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı aparılan əməliyyat işləri zamanı bəzi qlobal (Facebook/Instagram/WhatsApp) sosial şəbəkə platformalarından və ümumilikdə internet saytlarından istifadədə çətinlik yaranması mümkün idi.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!