Apple, Rusiyada "tələb üzrə" VPN tətbiqlərini silməyə başlayıb!
Digər
09.07.2024
Farid Pardashunas
Apple şirkəti, Rusiyanın telekommunikasiya tənzimləyicisi Roskomnadzor-un tələbi ilə Rusiya App Store-dan VPN proqramlarını silməyə başlayıb. Bəs, niyə Rusiyada VPN qadağandır?
Rusiyada internet ciddi şəkildə idarə olunur və senzuraya məruz qalır. Bu səbəbdən rus internet istifadəçiləri, məhdudiyyətlərdən yan keçmək və bloklanmış məzmuna daxil olmaq üçün tez-tez VPN xidmətlərindən istifadə edirlər. Ölkənin rabitə nəzarəti orqanı, Apple-a Rusiyada qeyri-qanuni olaraq etiketlənmiş məzmuna daxil olmaq üçün istifadə edilən bəzi VPN proqramlarının (NordVPN, Proton VPN, Red Shield VPN, Planet VPN, Hidemy.Name VPN, Le VPN və PIA VPN) qadağan olunması üçün təlimat göndərib.
Apple, VPN provayderlərinə göndərdiyi e-məktublarda bunları qeyd edib: “Sizə bildirmək üçün yazırıq ki, Roskomnadzor-un tələbi ilə tətbiqiniz Rusiya Tətbiq Mağazasından silinəcək, çünki onun tərkibində Rusiyada qeyri-qanuni məzmun var və tətbiqin nəzərdən keçirilməsi qaydalarına uyğun gəlmir. Bu silinmə və ya Rusiyadakı qanunlar və tələblərlə bağlı əlavə məlumata ehtiyacınız varsa, birbaşa Roskomnadzor ilə əlaqə saxlamağınızı tövsiyə edirik. Tətbiqiniz Rusiya Tətbiq Mağazasından silinsə də, App Store Connect-də seçdiyiniz digər regionların Tətbiq Mağazalarında hələ də mövcuddur.” Tətbiqləri silinən şirkətlərdən biri olan Red Shield, bu barədə açıqlama verib: “Red Shield VPN 2018-ci ildən bəri Rusiya hakimiyyəti tərəfindən bloklanma cəhdlərinə məruz qalır. Biz Rusiya məhkəmələrində bloklamaya etiraz etdik və gözlənildiyi kimi bütün hallarda uduzduq. Sonradan biz AİHM-ə iddia qaldırdıq və bu işə hələ də baxılır”.
Putin, 2017-ci ilin iyul ayında VPN-ləri, proxy-ləri və Tor-u qadağan edən bir qanun layihəsini imzalamış olsa da, Rusiya rəsmiləri, bunu yalnız 2019-cu ilin mart ayında Roskomnadzor-un 10 VPN təminatçısına sistemlərini Rusiya Dövlət İnformasiya Sisteminə (FGIS) bağlamaları lazım olduğunu və beləliklə istifadəçilərin bloklanmış veb-saytlara girişinin avtomatik olaraq qadağan ediləcəyini bildirməsindən sonra tətbiq etməyə çalışdılar. Bu zaman isə yalnız Kaspersky, öz sistemlərini FGIS-ə qoşdu. Təxminən bir il sonra Roskomnadzor, kibercinayətkarların bomba təhdidiləri göndərmək üçün VPN xidmətlərindən istifadə etdiyinizi bildirərək ProtonVPN və ProtonMail e-poçt xidmətlərini blokladı. 2021-ci ilin iyun ayında Opera VPN, Cloudflare, Betternet də daxil olmaqla 6-dan çox VPN xidməti qadağan edildi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yenilənmiş Siri gələn ildən tez istifadəyə verilməyə bilər
Yenilənmiş Siri gələn ildən tez istifadəyə verilməyə bilər
Apple şirkəti keçən ay baş tutmuş WWDC 2024 konfransı çərçivəsində yenilənmiş Siri səsli köməkçisini təqdim etmişdi.
Apple adi iPad və iPad mini planşetlərinin yeni modellərini hazırlayır
Apple adi iPad və iPad mini planşetlərinin yeni modellərini hazırlayır
Apple şirkəti may ayında iPad Pro 2024 və iPad Air 2024 planşetlərini təqdim etmişdi. İndi isə şirkətin digər iPad modellərini yeniləyəcəyi gözlənilir.
iPhone 16 Pro keçən ilki iPhone 15 Pro Max-ın eksklüziv imkanını əldə edəcək
iPhone 16 Pro keçən ilki iPhone 15 Pro Max-ın eksklüziv imkanını əldə edəcək
Apple şirkəti hər il təqdim olunan yeni iPhone modellərinin kamera imkanlarını təkmilləşdirir.
Apple 7 düym ekranlı yeni ev aksesuarı üzərində çalışır
Apple 7 düym ekranlı yeni ev aksesuarı üzərində çalışır
Ortaya çıxmış yeni məlumata əsasən Apple şirkəti HomeAccessory17.1 kod adına sahib yeni cihaz üzərində çalışır.
Növbəti iPhone SE-nin hansı prosessoru əldə edə biləcəyi məlum olub
Növbəti iPhone SE-nin hansı prosessoru əldə edə biləcəyi məlum olub
Apple şirkəti hələ növbəti iPhone SE smartfonunu anons etməsə də, onun barəsində məlumatlar ortaya çıxmağa davam edir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ