
Tesla Optimus müəyyən problemlər səbəbilə hələ kütləvi istehsala hazır deyil
Elm & Texnologiya
04.07.2025
Emil Nəcəfov
Elon Musk Tesla şirkətini insanabənzər robotların iri istehsalçısına çevirmək planından imtina etmir və cari ilin sonuna qədər 5000 ədəd Optimus robotu istehsal etməyi vəd edir. Bununla belə, məlumatlı mənbələrin bildirdiklərinə görə, robotun konstruktorunun və proqram təminatının yenidən işlənməsi zərurəti onların tammiqyaslı kütləvi istehsalının başlanmasını gecikdirir. Məlumata əsasən bir neçə həftə əvvəl Tesla insanabənzər Optimus robotlarının istehsalı üçün komponentlərin alışını dayandırıb. Zəruri konstruktor dəyişiklikləri edildikdən sonra sifarişlər yenidən bərpa olunacaq, lakin artıq çeşid və həcmlə bağlı müəyyən düzəlişlərlə. Bu dəyişikliklərə uyğunlaşma prosesi təxminən 2 aya qədər vaxt apara bilər. Mövcud məlumata görə, may ayının sonuna kimi Tesla artıq təxminən 1000 ədəd Optimus robotu istehsal edib və 1200 ədəd üçün komponentlər tədarük edib.

Lakin konstruktor dəyişiklikləri səbəbilə yaranan gecikməyə görə, mütəxəssislər hesab edirlər ki, ilin sonuna qədər 5000 ədəd robotun istehsalı mümkün olmayacaq. İyun ayının əvvəlində Tesla şirkətinin robototexnika bölməsinin rəhbəri Milan Kovac vəzifəsindən ayrıldı. Onun vəzifələri Tesla-nın proqram təminatı üzrə vitse-prezidenti Ashok Elluswamy-ə həvalə olunub. O, Optimus robotunun konstruktorunda bir sıra dəyişikliklər edib ki, bu da istehsalat prosesinin yenidən qurulmasını tələb edib. Tesla ilə Optimus üçün komponentlər tədarük edən tərəfdaşlar arasında aparılan ünsiyyətdən məlum olub ki, hazırkı versiyada robotlar bir sıra qüsurlarla üzləşirlər. Bunlara ötürücü sistemlərin qızması, manipulyatorların az daşıma qabiliyyəti, eləcə də qüvvə ötürmə elementləri və çəkici batareyaların tez aşınması daxildir.

Hazırda Tesla robotun əl barmaqları üçün manipulyatorların optimal təchizatçısını axtarır. Proqram təminatı da təkmilləşməyə ehtiyac duyur, lakin bu sahədə Tesla-nın elektrik avtomobillərlə məşğul olan daxili bölməsi və Elon Musk-ın sahibi olduğu xAI startapı şirkətə dəstək göstərə bilər. Tesla-nın Texasdakı müəssisəsində insanabənzər Optimus robotları hələlik yalnız batareya hüceyrələrinin daşınması üçün istifadə olunur. Onlar bu işi insanlarla müqayisədə 2 dəfə daha zəif yerinə yetirirlər və indiyə qədər yığım əməliyyatlarına cəlb olunmayıblar.

İdealda, Tesla gələn il 50 000 belə robot istehsal etməyi, 2026-cı ildə isə onlardan birini Marsa göndərməyi planlaşdırır. Onilliyin sonuna qədər Optimus robotlarının illik istehsal həcmi 500 000 ədədi keçməlidir. Bu robotların qiymətini vəd edilmiş 20 000$-a qədər endirmək də asan olmayacaq. Hazırda hər bir robotun maya dəyəri 60 000$-ı keçir və təkcə bu il komponentlərin alınmasına 300 milyon dollardan çox vəsait xərclənməsi planlaşdırılır. İstisna deyil ki, bu il keçiriləcək Tesla-nın illik səhmdar yığıncağında Musk şirkətin perspektivli məhsullar hazırlamaq və istehsal etmək qabiliyyətini nümayiş etdirmək üçün üçüncü nəsil Optimus robotunu təqdim etməyə çalışacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple AWB və Azure alternativini yaratmağı nəzərdən keçiribmiş

Apple AWB və Azure alternativini yaratmağı nəzərdən keçiribmiş
Apple, bulud texnologiyaları bazarının ən böyük iştirakçılarına rəqabət yaratmaq və özünə yeni gəlir mənbəyi təmin etmək məqsədilə tərtibatçılar üçün öz bulud xidmətlərini işə salmaq imkanını araşdırıb.
Pentaqon nüvə raket mühərriki layihəsini ləğv edib

Pentaqon nüvə raket mühərriki layihəsini ləğv edib
ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri İdarəsi (DARPA), 2021-ci ildən NASA ilə birgə üzərində çalışdığı nüvə raket mühərriki layihəsini ləğv edib.
Tesla Cybertruck-a tələbatın aşağı düşdüyünü təsdiqləyib

Tesla Cybertruck-a tələbatın aşağı düşdüyünü təsdiqləyib
Tesla 2025-ci ilin ikinci rübü üzrə çatdırılma göstəricilərini açıqlayıb və bu hesabatda Cybertruck elektrik pikapına olan tələbatın azalmağa davam etdiyini təsdiqləyib. Şirkətin məlumatlarına görə, hazırda Cybertruck-ın rüblük satışı təxminən 5000 ədədə düşüb.
Google-un məlumat mərkəzləri rekord həddə enerji sərf edirlər

Google-un məlumat mərkəzləri rekord həddə enerji sərf edirlər
Süni zəka əladır. Amma bir nüans var: bu çatlar, şəkil generatorları və axtarış sistemləri elə bil sabah olmayacaqmış kimi elektrik enerjisi sərf edirlər. Bunu Google özü yenicə təsdiqləyib.
Çin 2030-cu ilə qədər ən böyük yarımkeçirici istehsalçısı ola bilər

Çin 2030-cu ilə qədər ən böyük yarımkeçirici istehsalçısı ola bilər
Analitiklərin fikrincə, 2030-cu ilə qədər Çin dünya üzrə yarımkeçirici istehsal gücünün 30%-ni əşkil edəcək və bu sahədə ən böyük istehsal mərkəzinə çevriləcək. 2024-cü ildə ölkədə çip istehsalı 15% artaraq ayda 8.85 milyon lövhəyə çatıb, 2025-ci ildə isə bu göstəricinin 10.1 milyon lövhəyə qədər yüksələcəyi gözlənilir.
Həftənin xəbərləri

